"Avro-2016"nın 1/8 final mərhələsinin son oyununun hakimləri müəyyənləşib.
Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İngiltərə - İslandiya matçını sloveniyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Damir Skomina olacaq. Ona Yure Praprotnik və Robert Vukan köməklik edəcək.
23:00. İngiltərə - İslandiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik və Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matej Yuq və Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Nitsa. Nitsa şəhər stadionu.