Argentina millisinin üzvü Leonel Messi ölkəsinin mediasına müsahibə verib.
- Sizcə Messi dünyanın ən yaxşı futbolçusudur?
- Bu haqda mənim nə isə deməyim düzgün çıxmaz. Öz fikrimə qalsa belə düşünmürəm.
- Bəs Messi güclüdür yoxsa Maradona?
- Maradona
- Neymar yoxsa Ronaldinyo?
- Bu çox çətin sualdır. Onlar arasında seçim etmək çətindir. Sadəcə deyə bilərəm ki, bir zamanlar Ronaldinyo ilə,hazırda isə Neymarla eyni klubda oynadığım üçün çox şanslıyam.
- Sizcə Copa Amerikanın finalında sizi nə gözləyir?
- İnanıram ki, bizim üçün hər şey yaxşı bitəcək. Biz meydana ancaq qələbə qazanıb, çempion olmaq üçün çıxacağıq.
- Sizə görə ən gözəl qolunuz hansıdır?
- Ən gözəl qol ən çox anlamı olandır. Ona görə də mənim üçün ən gözəl qolum Çempionlar Liqasında "Mançester Yunayted"ə vurduğum qoldur.
- Messi futbolçu olmasaydı hansı peşəni seçərdi?
- Bu haqda bir fikrim yoxdur. Çünki uşaqlıqdan ancaq futbolçu olmağı düşünmüşəm. Ağlımda olan tək şey necə yaxşı futbolçu ola bilərəm düşüncəsi idi.
Ergün Seyyid