Sloveniyanın "Domjale" klubu yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasına hazırlaşan azərbaycanlı futbolçu Samir Məsimovun komandası bu dəfə Bosniya-Herseqovina "Sloboda"sı ilə qarşılaşıb.
Oyun 6:1 hesabıyla "Domjale"nin xeyrinə başa çatıb. Məsimov bu qarşılaşmanın 60-cı dəqiqəsində meydana çıxıb.