"Avro-2016”nın 1/8 finalında keçirilən İsveçrə – Polşa matçının (1:1) ən yaxşı futbolçusu bəlli olub.
Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, İsveçrə millisinin futbolçusu Xerdan Şakiri matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, Şakiri görüşün 82-ci dəqiqəsində fantastik qola imza ataraq oyunda hesabı bərabərləşdirib. Lakin onun komandası penaltilər seriyasında Polşaya uduzub - 4:5.