Canlı əfsanə milli karyerasını başa vurduğunu açıqladı

Daha bir məşhur sima Fransada təşkil olunan Avropa çempionatından sonra milli karyerasını başa vuracağını açıqlayıb. 
 

Newsport.az-ın məlumatına görə, söhbət İslandiya milli komandasının 37 yaşlı üzvü Eidur Qudyonsondan gedir. Karyerası ərzində "Çelsi” və "Barselona” kimi komandalarda oynamış futbolçu Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq İngiltərə - İslandiya matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. "Molde”nin üzvü məhz sözügedən mətbuat konfransında yaxın günlərdə milli karyerasını başa vuracağını açıqlayıb. Qudyonson peşəkar futbolla nə vaxt vidalaşacağı barədə hələlik qərar vermədiyini açıqlayıb. 
 
Qeyd edək ki, Qudyonson 1996-cı ildən - 18 yaşından millinin formasını geyinir. O, geridə qalan 20 il ərzində 87 dəfə milli forması altında yaşıl meydanlara çıxıb və 26 dəfə rəqib qapıçılarını məyus etməyi bacarıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right