Ukrayna millisi boş tribunalar önündə oynayacaq

Ukrayna millisi "DÇ-2018"in seçmə mərhələsinin ilk oyununu boş tribunalar önündə keçirəcək.

Newsport.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, buna "DÇ-2014"ün seçmə mərhələsində San Marino ilə Lvovda keçirilən oyunda baş verən olaylar səbəb olub.

Həmin görüş zamanı ukraynalı azarkeşlərin irqçi şüarlar səsləndirməsi, eyni zamanda onların faşist (nasist) xarakterli bannerlər açmaları və pirotexniki vasitələrdən istifadə etmələri Ukrayna millisinin cəzalandırılması ilə nəticələnib. Bu cəza UEFA bayrağı altında keçirilən oyunlara şamil edilmədiyindən Ukrayna yığması "DÇ-2018"in seçmə mərhələsində İslandiya ilə görüşü boş tribunalar qarşısında keçirilməli olacaq.

Qeyd edək ki, Ukrayna - İslandiya oyunu sentyabrın 5-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right