Millimizin üzvü Ukrayna klubu ilə müqavilə imzaladı FOTO

Milli komandamızın müdafiəçisi Pavel Paşayev özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu karyerasını yenidən Ukraynada davam etdirəcək.
Belə ki, Paşayev bu ölkənin "Stal” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
Anlaşmanın şərtlərinə əsasən, Pavel qarşıdakı 2 ili "Stal”ın heyətində keçirəcək.
Qeyd edək ki, bu ilin fevralında "Qəbələ”yə keçən Paşayev "qırmızı-qaralar”dakı 3 aylıq karyerası ərzində cəmi 45 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right