Millinin baş məşqçisindən şok açıqlama: “Siqaret çəkdiyi üçün xüsusi otaq ayırtdırmışıq”

Belçika milli komandasının baş məşqçisi Mark Uilmots komandanın aparıcı futbolçusu Raca Nainqqolanla bağlı maraqlı açıqlama verib. 
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, "Roma”nın futbolçusu siqaret aludəçisidi. Baş məşqçi bunun futbolçuya hal-hazırda heç bir ziyan vermədiyini düşünür: "Komandamızda Naiqqolandan başqa siaqret istifadəçisi yoxdu. Siqaret çəkdiyinə görə Fransada onun üçün xüsusi otaq ayırtdırmışıq. Həmin otağın balkonu var. Siqaret çəkmək Racanın öz seçimidi. Mən futbolçuların şəxsi həyatına yox, meydançadakı göstəricilərinə baxıram. Bütün göstərişlər yaxşı olduğu müddətdə mənim üçün heç bir problem yoxdu. Siqaretə görə Racanı kənara ata bilmərəm. Dediyim kimi bu, onun öz seçimidi. Amma Raca buna görə karyerasını daha erkən başa vura bilər”. 

Qeyd edək ki, Belçika millisi Fransada təşkil olunan Avropa çempionatında iştirak edir. Belçikalılar yer aldığı "E” qrupunu 2-ci pillədə başa vurub və 1/8 final mərhələsinə vəsiqə qazanıb. Komandanın həmin mərhələdəki rəqibi Macarıstan milli komandasıdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right