Blan PSJ-dən 22 milyonla ayrıldı

Loran Blan PSJ-dən ayrılıb.

Newsport.az-ın məlumatına görə, belə bir iddia ilə “L’Equipe” çıxış edib. 

Məlumatda qeyd olunur ki, 50 yaşlı mütəxəssis artıq PSJ-nin baş məşqçisi deyil. Qarşıdakı saatlarda Paris klubu bu xəbəri ictimaiyyətə rəsmən açıqlayacaq. PSJ-ni tərk edən Loran Blan bunun müqabilində klubdan 22 milyon avro təzminat alıb. Çünki fevralda o, hazırkı klubu ilə yeni müqavilə imzalamışdı.

Xatırladaq ki, PSJ-ni yeni mövsümdən Unai Emeri çalışdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right