“Qarabağ”ın futbolçusuna paytaxtın açarı verildi və adı stadiona həkk edildi FOTOLAR

AÇ-2016-da çıxışını başa vuran Albaniya millisi geri dönüb.

Newsport.az-ın məlumatına görə, milli üzvlərini paytaxt Tiranada yüz minlərlə azarkeş və ölkə prezidenti qarşılayıb.

Albaniya Futbol Federasiyası milli komandanın üzvlərinə pul mükafatı verib. Futbolçular və məşqçilər korpusu paytaxtın rəmzi açarına layiq görülüb. Bundan başqa yeni milli stadionun girişində Avropa çempionatında iştirak edən hər bir futbolçunun adı qeyd olunub. “Qarabağ”ın üzvü Ansi Aqollinin də adı orada yer alır. 

Qeyd edək ki, A qrupunda mübarizə aparan albanlar ilk görüşdə İsveçrəyə 0:1, ardından Fransaya 0:2 hesabı ilə uduzub. Son olaraq Rumıniyaya 1:0 hesabı ilə qalib gələn Albaniya millisi qrupu 3-cü pillədə başa vurub.

“Qarabağ”ın futbolçusuna paytaxtın açarı verildi və adı stadiona həkk edildi
“Qarabağ”ın futbolçusuna paytaxtın açarı verildi və adı stadiona həkk edildi

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right