“Neftçi”dən ayrılan futbolçunun yeni klubu müəyyənləşdi

"Neftçi"dən ayrılan Anete Bolqarıstan "Levski"si ilə anlaşıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu sabah Sofiya təmsilçisinin düşərgəsinə qoşulacaq və rəsmi müqaviləyə imza atacaq.

Beləliklə, o, keçmiş komandasına qayıdacaq. Anete 2015-ci ildə "Neftçi"yə məhz "Levski"dən transfer olunub. Futbolçunun Bakı klubu ilə müqavilə müddəti başa çatdığından, Bolqarıstana azad agent kimi yollanıb.

Qeyd edək ki, Anete ötən yay transfer olunduğu "Neftçi"də mövsüm ərzində 30 oyuna 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right