"Real”ın hücumçusu Kriştianu Ronaldo karyerasını "kral klubu”nda davam etdirmək qərarını qətiləşdirib.
Newsport.az İspaniyanın "Marca" qəzetinə istinadla xəbər verir ki, portuqaliyalı futbolçu yeni müqaviləyə razılıq verib.
Belə ki, anlaşması 2018-ci ilə qədər olan Ronaldo bunun müddətini daha 2 il uzatmağa razılıq verib. Tərəflər arasında artıq rəsmi müqavilə də imzalanıb. Futbolçunun 21 milyon avroluq illik məvacibində bir dəyişiklik olmayacaq.
2020-ci ildə 35 yaşı olacaq CR7 məhz həmin vaxt "Real”ın futbolçusu kimi karyerasını bitirmək fikrindədi.
Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real”ın formasını geyinir.