“Qəbələ”nin rəqibi “Dinamo”ya dərs keçdi

Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ”nin rəqibi olacaq "Samtredia” Sloveniya toplanışında ilk yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Gürcüstan təmsilçisi Buxarest "Dinamo”su ilə qarşılaşıb.
 
Mariborda baş tutan qarşılaşma "Samtredia”nın qələbəsi ilə başa çatıb. Belə ki, Giya Tsedsadzenin yetirmələri 90 dəqiqə ərzində rəqib qapısından 5 top keçirməyə müvəffəq olublar. "Dinamo” isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Nəticədə qarşılaşma "Samtredia”nın 5:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
 
Qeyd edək ki, "Qəbələ”nin "Samtredia” ilə ilk görüşü iyunun 30-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Zestafonidə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right