Henrik Mxitaryan "Borusiya”dan ayrılmaq üzrədi.
Newsport.az-ın məlumatına görə, Ermənistan milli komandasının üzvü Dortmund təmsilçisinin yeni müqavilə şərtlərinə qəbul etməyib. Bu barədə klubun idman direktoru Hans Yoahim Vatzke bir neçə gün öncə verdiyi açıqlamada məlumat verib.
"Bild”in yazdığı məlumata görə, hal-hazırda tərəflər arasında danışıqlar davam edir. 27 yaşlı futbolçu karyerasını böyük ehtimalla İngiltərənin "Mançester Yunayted” klubunda davam etdirəcək. "Bild” nəşri iddia edir ki, Mxitaryan və Borussiya arasında davam edən danışıqlar zamanı qalmaqal yaşanıb. Belə ki, hücumçunun meneceri Mino Rayola əsəbiləşib və "Borussiya” rəsmilərinin üzərinə stul atıb. Mənbə bu barədə tərəflərdən rəsmi açıqlama almaq istəsə də bu, baş verməyib.
Qeyd edək ki, Henrik Mxitaryanın "Borussiya” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatır. Dortmund klubu futbolçunu bu mövsüm satmağa razılıq verməsə, Mxitaryan gələn mövsümün sonunda azad agent statuslu futbolçu olacaq.