Amerika Kubokunda ikinci finalçı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, yarımfinal mərhələsində Çili ilə Kolumbiya yığmaları üz-üzə gəliblər.
Matça sürətli başlayan Çili millisi ilk 11 dəqiqədə vurduğu 2 qol sayəsində qələbə qazanaraq, finala adlayıb. Çili millisi həlledici qarşılaşmada Argentina ilə üz-üzə gələcəklər. Maraqlıdı ki, bu komandalar qrupdan birlikdə çıxmışdılar. Qrup mərhələsində Argentina rəqibi üzərində 2:1 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, iyunun 26-da 3-cü yer uğrunda görüşdə ABŞ-la Kolumbiya (Bakı vaxtı ilə saat 04:00) üz-üzə gələcək. Bir gün sonra baş tutacaq Argentina – Çili finalı isə Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Amerika Kuboku-2016
Yarımfinal
Kolumbiya – Çili – 0:2
Qollar: Aranquiz, 7; Fuenzalida, 11