Amerika kubokunda ikinci finalçı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, yarımfinalda Kolumbiya ilə qarşılaşan Çili millisi 2:0 hesabı ilə qalib gələrək finala çıxıb.
Çili finalda Argentina ilə qarşılaşacaq. İyunun 27-də keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Üçüncü yer uğrunda oyun isə iyunun 26-da ABŞ və Kolumbiya milliləri arasında keçiriləcək.
Amerika kuboku
Yarımfinal
Kolumbiya – Çili – 0:2
Qollar: Aranquiz, 7, Fuenzalida, 11