Portuqaliya milli komandasının üzvü Kriştiano Ronaldo növbəti gözlənilməz hərəkəti ilə yadda qalıb. Newsport.az-ın məlumatına görə , "Real”ın ulduzu jurnalistə hörmətsizlik edib. Belə ki, Portuqaliya milli komandası bu gün AÇ-2016-nın "F” qrupunun son matçında Macarıstanla üz-üzə gələcək. Bu matçdan öncə jurnalistlərdən biri futbolçudan müsahibə götürmək istəyib. Jurnalistin bu hərəkəti futbolçunu əsəbiləşdirib. O, telekanal işçisinin mikrofununu əlindən alaraq suya atıb.