Leonel Messi daha bir rekorda sahib çıxıb.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu Argentina milli komandasının heyətində ən çox qol vuran futbolçu adını əlinə keçirib.
"Barselona”nın futbolçusu buna Amerika Kubokunun yarımfinalında ABŞ millisi ilə baş tutan qarşılaşmada nail olub. Az öncə başa çatan oyun Argentina millisinin 4-0 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən matçın 32-ci dəqiqəsində fərqlənən superulduz Argentina millisinin heyətində 55-ci qolunu vurub. "Barselona”nın hücumçusu bununla da Argentina millisinin heyətində ən çox qol vuran Qabriel Batistutanı geridə qoyub.
Qeyd edək ki, Messi 112 qarşılaşmaya 55 qol vurmağı bacarıbsa, əfsanəvi Batistuta bunu 77 oyuna edib.