"Avro-2016”nın D qrupunda keçirilən Xorvatiya – İspaniya matçının (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Xorvatiya millisinin hücumçusu İvan Perşiç matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, 90 dəqiqə meydanda olan futbolçu komandasının qələbə qolunun müəllifi olub.