Miyatoviç “Neftçi”nin yalanını üzə çıxardı: “Hansı problemdən danışırlar?”

"Neftçi”nin Milan Miyatoviçlə son anda müqavilə imzalamadığı haqda məlumat vermişdik. Bu barədə məlumatı qolkiper əməkdaşımızla söhbətində özü təsdiqləmişdi. Montenqrodan olan qapıçı "Neftçi"nin şərtləri ilə razılaşmadığını və bu üzdən bu gün Monteneqroya qayıdacağını bildirmişdi.
 
Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov şəxsi "facebook" səhifəsində transferin baş tutmamasına səbəb kimi, futbolçunun tibbi müayinədən uğursuz keçməsini göstərib.

 
Məsələ ilə bağlı Miyatoviçin fikirlərini də öyrəndik. Qolkiper səhhətində heç bir problemin olmadığını bildirib:
 
"Səhhətimdə problem var? Bu hardan çıxdı? Mən 1 həftə "Neftçi”də məşqlər etmişəm. Nə zədəm var, nə də səhhətimdə problemim. Hansı problemdən danışırlar? Karyeramda bir neçə klub dəyişmişəm və heç vaxt belə hal baş verməyib. Sadəcə başqa məsələlərdə razılaşa bilmədik. Hazırda hava limanındayam və vətənimə dönürəm. "Neftçi” hekayəsi mənim üçün başlamamış bitdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right