"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Düdelanj”ın baş məşqçisi Dino Topmöller püşkü dəyərləndirib.
Newsport.az-ın məlumatına görə, 36 yaşlı gənc çalışdırıcı "Qarabağ”ı cütün favoriti adlandırıb: "Bildiyiniz kimi, bu, mənim debüt matçım olacaq.Çox istəyirəm ki, iki oyunun nəticəsi mənim üçün uğurlu alınsın. "Qarabağ” Avropa Liqasında kifayət qədər təcrübə qazanan komandadı. Amma biz də asan şəkildə təslim olmayacağıq. Etiraf edirəm ki, "Qarabağ” ütün favoritidi. Çünki onlar son iki mövsümdə Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. "Qarabağ” topla oynamağı sevən komandadı. Çətin tapşırıq olsa da, əlimizdən gələni etməyə çalışacağıq”.
Qeyd edək ki, "Qarabağ” – "Düdelanj” cütünün ilk oyunu iyul ayının 12-də, cavab qarşılaşması isə bir həftə sonra Lüksemburqda oynanılacaq.