AÇ-2016: Ansi Aqollinin komandasından tarixi qələbə

Avropa çempionatının "A” qrupunda III turun oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, sözügedən mərhələdə "Qarabağ”ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi Rumıniya ilə qarşılaşıb. Matç Albaniya millisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Bu qələbə Albaniya milli komandasının Avropa çempionatlarının final mərhələsində ilk qələbəsi kimi tarixə düşüb. Tarixində ilk dəfə Avropa çempionatlarının final mərhələsində iştirak edən albanlar ilk qollarını da Rumıniya ilə matçda vurublar. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right