İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə YENİLƏNİB

"Avro-2016"da qrup mərhələsinin III turuna start verilib.

Newsport.az-ın məlumatına görə, A qrupunda iki oyun keçirilib.

Lider Fransa yığması İsveçrə ilə qarşılaşıb.Fransa artıq 1/8 finala vəsiqəni təmin etdiyi üçün bu görüş onlar üçün formal xarakter daşıyırdı. Qolsuz başa çatan oyun İsveçrəni 1/8 finala yüksəldib. 

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib. Keçirdiyi hər iki görüşü məğlub başa vuran albanlar bu oyunda qələbə qazanıb - 1:0. Bununla da Albaniya millisi mərhələ adlamaq şansını saxlayıb. Bu, həm də Albaniyanın Avropa çempionatında ilk qələbəsi kimi əlamətdar olub.


 

 


19 iyun


A qrupu

23:00. Rumıniya - Albaniya - 0:1 
Qol: 
Sadiku, 43
Baş hakim: Pavel Kraloveç
Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Lion. Şəhər stadionu

23:00. İsveçrə - Fransa - 0:0 
Baş hakim:
 Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Marko Frits (Almaniya)
Lill. “Pyerr-Morua” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right