AÇ-2016: Ronaldo Fiqunu geridə qoydu: Tarixə keçdi!

Madridin "Real” klubunun futbolçusu Kristiano Ronaldo Portuqaliya milli komandasında ən çox forma geyinən futbolçu adını ələ keçirib. 
 

Newsport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu AÇ-2016-nın "F” qrupunda hal-hazırda start götürən Portuqaliya və Avstriya matçında start heyətində meydana çıxıb. Bununla da, 128-ci dəfə milli formasını geyinmək şansı qazanan ulduz futbolçu Portuqaliya milli komandasının heyətinə ən çox forma geyinən futbolçu adına sahib çıxıb. O, bu göstərici ilə Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiqunu geridə buraxıb. 
 
Qeyd edək ki, Ronaldo 2003-cü ildən milli komandaya cəlb olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right