Braziliya millisi yeni baş məşqçisinə qovuşdu

Braziliya milli komandasının yeni baş məşqçisi bəlli olub.

Newsport.az-ın məlumatına görə, Karlos Dunqanın qovulmasından sonra boşalan bu posta "Korintians”ın çalışdırıcısı Tite təyin olunub.
 
Bu barədə klub prezidenti Roberto de Andrade açıqlama verib. O, yerli jurnalistlərlə söhbətində Titenin artıq "Korintians”ın baş məşqçisi olmadığını, bundan sonra milli komandada çalışacağını deyib.
 

Qeyd edək ki, 55 yaşlı Tite 2011 və 2015-ci illərdə "Korintians”la Braziliya çempionluğu yaşayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right