Fransada keçirilən Avropa çempionatı davam edir.
Newsport.az-ın məlumatına görə, turnirin 7-ci oyun günündə daha 3 görüş baş tutacaq.
Öncə "B" qrupunda İngiltərə və Uels yığmaları qarşılaşacaq.
"C" qrupu çərçivəsində Ukrayna Şimali İrlandiya ilə üz-üzə gələcək.
Günün son matçı isə "C" qrupunun digər iki komandası - Almaniya və Polşa arasında baş tutacaq.
AÇ-2016
Qrup mərhələsi
16 iyun
C qrupu
23:00 Almaniya – Polşa - 0:0
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Sen-Deni. "Stad de Frans"
20:00 Ukrayna - Şimali İrlandiya - 0:2
Qol: Makoli, 49, Makgin, 90+6
Baş hakim: Pavel Kralovets
Yan xətt hakimlər: Roman Slışko (Slovakiya), Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Mixal Patak (hamısı Çexiya)
Lion, "Lyumler" stadionu
"B" qrupu
17:00 İngiltərə - Uels - 2:1
Qol: Qaret Beyl, 42 (0:1), Ceymi Vardi, 56 (1:1), Staric, 90+2 (2:1)
Baş hakim: Feliks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits
Lans. "Bollar Delelis" stadionu