“Avro-2016”nın A qrupunda keçirilən Fransa - Albaniya matçının (2:0) ən yaxşı futbolçusu məlum olub.
Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu, meydan sahiblərinin futbolçusu Dimitri Payedir.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi matçın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə komandasının ikinci qolunu vurub. Çempionatın açılış matçında Rumıniyanın qapısına gözəl qol vuran Paye həmin oyunda da ən yaxşı futbolçu seçilmişdi.