Hazırda Poirtuqaliya millisi ilə "Avro-2016"da iştirak edən Andre Qomesə "Çelsi" elçi düşüb.
Newsport.az -ın məlumatına görə, futbolçunu transfer etmək i8stəyən ingilislər "Valensiya"ya 40 milyon Avro təklif edib.
Lakin ispanlar bu transferə yox cavabı veriblər. Əsas səbəb kimi isə, məbləğin az olduğunu göstəriblər. "Valensiya" Qomesin "Çelsi"yə keçidi üçün 56 milyon Avro istəyir. Çünki portuqaliyalı futbolçunun keçmiş klubu "Benfika" ilə "Valensiya" arasındakı anlaşmaya əsasən Qomes başqa kluba transfer olunacağı tədqirdə transfer qiymətinin 25 faizi Portuqlaiya klubuna çatacaq.
Xatırladaq ki, Andre Qomes "Valensiya"ya ötən mövsüm "Benfika"dan 15 milyon Avroya transfer olunmuşdu.