"Avro-2016"da Ukrayna millisinin Almaniya ilə oyundan sonra paltardəyişmə otağında rəzalət

Avropa çempionatının C qrupunda keçirilən Alamnaiya- Ukrayna matçından sonra bir azarkeş milli komandaların paltardəyişmə otağına girərək şəkill çəkib.

Newsport.az -ın məlumatına görədaha sonra Ralf adlı azarkeş çəkdiyi fotoları Bild qəzetinə göndərib.

Bild qəzetinin yaydığı xəbərə görə azarkeş bildirib ki, Ukrayna millisinin paltardəyişmə otağında alkoqollu içki qutularına və 41 ədəd siqaret kötüyünə rast gəlib. Azrakeş həmin görüntüləri telofonla çəkərək qəzetə göndərib. Daha sonra Almaniya millisinin paltardəyişmə otağına girən Ralf buz torbalarından başqa heçnəyə rast gəlmədiyini deyib.

Qəzetin yazdığına görə bu rəsm tək Ukrayna millisinin intizamsızlığını göstərmir. Eyni zamanda "Avro-2016"da təhlükəsizlik tədbirlərinin də pis durumda olduğunun göstəricisidir. Çünki oyundan sonra olsa belə bir azarkeşin stadionda rahatlıqla gəzib-dolaşması yaxşı hal deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right