Dunqa Braziliya millisindən qovuldu

Braziliya milli komandası baş məşqçisiz qalıb.

Newsport.az-ın məlumatına görə, milli komandanın baş məşqçisi Karlos Dunqa istefaya göndərilib. 
 
Bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytından ictimaiyyətə məlumat verilib. Məlumatda bildirilib ki,  52 yaşlı mütəxəssis ardıcıl uğursuz oyunlardan sonra istefaya göndərilib. 2014-cü ildən milli komandanı çalışdıran mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb. 
 
Qeyd edək ki, Braziliya milli komandası son olaraq Amerika kuboku turnirində qrupda qalmaqla fiaskoya uğramışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right