Avropa çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq Avstriya – Macarıstan görüşündə meydana start heyətində meydana çıxan ikincilərin veteran qapıçısı Qabor Kirali rekorda imza atıb.
Newsport.az -ın məlumatına görə, təcrübəli "çərçivə qoruyucusu” qitə birinciliyinin final mərhələsində forma geyinən ən yaşlı futbolçu olub.
O, hazırda 40 yaş 74 günlüyündə bu rekorda imza atıb.
Macar futbolçudan əvvəlki rekord isə Lotar Matteusa aid idi. Almaniya futbolunun əfsanəsi bu turnirdə ən son 39 yaş 91 günlüyündə forma geyinib.