“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurdu

Norveç millisinin sabiq futbolçusu Con Arne Rize karyerası ilə bağlı qərar qəbul edib.
 

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu karyerasını başa vurmaq qərarına gəlib. 35 yaşlı yaşlı müdafiəçinin son klubu karyerasına başladığı "Olesun" komandası olub.
 
Con Arne Rize "Liverpul", "Roma", "Fulhem" və APOEL kimi klubların şərəfini qoruyub. Rize Norveç millisinin heyətində 110 oyun keçirib və 16 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right