Eddi İsrafilovun komandası La Liqaya vəsiqə qazana bilmədi

İspaniya La Liqasına vəsiqə uğrunda pley-off matçları keçirilir.
 
Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi "Kordoba" klubu səfərdə "Jirona" ilə qarşılaşıb. İsrafilov oyunu ehtiyat oyunçular skamyasından izləməli olub.
 
İlk görüşdə 2:1 hesabı ilə qalib gələn "Kordoba" üstünlüyünü qoruya bilməyib. 3:1 hesablı qələbə qazanan "Jirona" pley-offun finalına yüksəlib.
 
"Jirona"nın finalda rəqibi "Ximnastik" səddini keçən "Osasuna" olacaq.
 
"Jirona"  -  "Kordoba" 3-1
Qollar: Borxa Qarsiya, 65, Aday, 80, Kristian Herrera, 117 - Xisko, 56




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right