Bu gün AVRO-2016-da daha iki matç baş tutacaq.
Newsport.az-ın məlumatına görə, C qrupunun ilk matçında Polşa Şimali İrlandiya ilə qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qrupun digər matçında isə Almaniya Ukraynanı sınağa çəkəcək. Günün son oyunu isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
12 iyun
C qrupu
20:00. Polşa - Şimali İrlandiya - 1:0
Qol: Arkadiuş Milik, 51
Baş hakim: Ovidiu Hatseqan
Yan xətt hakimləri: Oktavian Şovre və Sebastyan George
Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor və Sebastyan Kolçesku (hamısı Rumıniya)
Nitsa. Nitsa şəhər stadionu.
23:00. Almaniya - Ukrayna - 2:0
Qollar: Şkodran Mustafi, 19 (1:0), Şvaynştayger, 90+2 (2:0)
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mallarki və Stiven Çayld
Əlavə köməkçi-hakimlər: Maykl Oliver və Kreyq Pouson (hamısı İngiltərə) Lill. "Pyerre Mauroy" stadionu.