İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Yunayted" klubu qapıçısı ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" Viktor Valdeslə müqaviləni ləğv edib. Valdesdən əlavə, "Mançester Yunayted" gənc yarımmüdafiəçisi Nik Poulla da yolları ayırıb.
Qeyd edək ki, 34 yaşlı Viktor Valdes 2015-ci ildə "Mançester Yunayted"lə müqavilə imzalamışdı.