Azərbaycanlı futbolçu Qazaxıstan klubunda

Ukrayna milli komandasının sabiq futbolçusu Aleksandr Əliyev karyerasını Qazaxıstanda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, əslən Azərbaycandan olan 32 yaşlı yarımmüdafiəşinin "Taraz" klubuna keçidi rəsmiləşib.
 
Ancaq müqavilənin təfərrüatı açıqlanmır. Yalnız bildirilir ki, futbolçu yeni komandasının düşərgəsinə 5 kiloqram artıq çəki ilə gəlib.
 
Xatırladaq ki, son vaxtlar həvəskar liqasında "Rux" və "Katandzaro" klublarında oynayan Əliyev daha öncə Kiyev "Dinamo"su, "Dnepr", "Lokomotiv" və "Anji"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right