Millimizin üzvü Almaniyada özünə yeni klub tapdı

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Almaniya regional liqasında çıxış edən “Fortuna” (Düsseldorf) ilə müqaviləsinin müddəti başa çatan millimizin üzvü bu komandadan ayrılıb.

O, karyerasını Almaniyanın digər klubunda - "Duysburq"da davam etdirəcək. Bu barədə xəbəri sözügedən klubun rəsmi saytı yayıb. Müqaviləyə əsasən, 23 yaşlı futbolçu qarşıdakı 2 il ərzində "zebralar"ın uğurları üçün tər tökəcək.
 
Qeyd edək ki, "Duysburq" son mövsümdə 2-ci Bundesliqada çıxış etsə də, 18 klub arasında 16-cı yeri tutduğundan, 3-cü Bundesliqadan gələn 3-cü yerin sahibi "Vyursburger Kikkers"lə pley-off oyunlarında qarşılaşmalı olub. Lakin iki oyunun nəticəsinə görə məğlub olan (1:2, 0:2) Eratın yeni klubu 2-ci Bundesliqanı tərk edərək, 3-cü Bundesliqaya düşüb. Komandanın baş məşqçisi bolqarıstanlı mütəxəssis İliya Qruyevdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right