Fransa "Avro-2016"ya qələbə ilə başladı YENİLƏNİB

Bu gün Fransada futbol üzrə Avropa çempionatında final mərhələsinin oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, turnirin açılış oyununda meydan sahibi Fransa millisi Rumıniya ilə üz-üzə gələcək.

"Stad de France" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Viktor Kaşşainin başçılıq edəcəyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 24 komanda iştirak edəcək. Altı qrupun qalibləri və ikinciləri ilə yanaşı, ən yaxşı 4 qrup üçüncüləri də 1/8 finalda oynamaq hüququ qazanacaq.

 

 

10 iyun

Avropa çempionatının final mərhələsi

A qrupu

23:00. Fransa - Rumıniya - 2:1
Qol: 
Olivye Jiru, 57 (1:0), Stanku, 65-pen. (1:1), Dimitri Paye, 89 (2:1)
Hakimlər: Viktor Kaşşai, Dyord Rinq, Ventsel Tot, Byorn Kuypers (hamısı Macarıstan)
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Sen-Deni. "Stad de France"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right