Cermen Defonun "Sanderlen”dəki taleyinə aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı futbolçu "qara pişik”lərlə yeni müqavilə imzalayıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, İngiltərə milli komandasının üzvü 2019-cu ilin yayına qədər "Sanderlend”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, karyerası ərzində "Tottenhem”, "Bornmut”, "Portsmut” və "Toronto” kimi klublarda top qovmuş hücumçu ötən ildən "Sanderlend”in uğurları üçün çalışır.