Məşhur futbolçu karyerasını başa vurdu

Danimarka milli komandasının üzvü Daniel Aqqer karyerası ilə bağlı önəmli qərar qəbul edib. 
 

Newsport.az-ın məlumatına görə, son olaraq ölkəsinin "Bröndbü” komandasında forma geyinən futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 31 yaşlı müdafiəçi bu barədə şəxsi sosial şəbəkə hesabı vasitəsiylə məlumat verib. 
 
Qeyd edək ki, Daniel Aqqer "Bröndbü”nün yetirməsidir. O, 2006-14-cü illərdə İngiltərənin "Liverpul” komandasında forma geyinib. Aqqer daha sonrakı karyerasını yetirməsi olduğu kluba həsr edib. Təcrübəli futbolçu Danimarka millisinin heyətində 71 oyunda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right