Qvardiolanın müqaviləsində şok maddə: “Bavariya”dan heç kimi transfer edə bilməz!

Mövsüm başa çatdıqdan sonra "Bavariya”nı "Mançester Siti”yə dəyişən Pep Qvardiola sabiq komandasından heç bir futbolçunu "Mançester Siti” yə cəlb edə bilməz.  

Newsport.az-ın məlumatına görəonun müqaviləsində belə bir maddə yer alıb. 
 
Bu barədə hazırda "Bavariya”nın formasını geyinən Duqlas Kosta məlumat verib. Braziliyalı futbolçu "Mançester Siti”yə mümkün keçidi barədə danışarkən bu barədə söz açıb: "Pep mən dəvət etsə "Mançester Siti”yə gedə bilərəm? Düşünürəm ki, bu, mümkünsüzdür. Çünki onun müqaviləsində maddə var. Pep "Bavariya”dan keçmiş futbolçularını "Mançester Siti”yə cəlb edə bilməz. Mən uzun müddət "Bavariya”da qalmaq istəyirəm”. 
 
Qeyd edək ki, Almaniya və İngiltərə mətbuatı "Bavariya”nın bir neçə futbolçusunun "Mançester Siti”yə keçəcəyini iddia edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right