"Vilyarreal”nı futbolçusu Erik Beyli ilə müqavilə imzalayan İngiltərənin "Mançester Yunayted” klubu daha bir futbolçunun keçidini həll edib.
Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar” Hollandiyanın "Feyenoord” komandasında forma geyinən 16 yaşlı Tahit Şonqu rənglərinə bağlayıb. Mərkəz hücumçusu bu barədə şəxsi sosial şəbəkəhesabı vasitəsiylə ictimaiyyətə məlumat verib.
O bildirib ki, bundan sonra "qırmızı şeytanlar”ın aşağı yaş qrupları üzrə komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, Şonq bir müddət əvvəl Hollandiya milli komandası ilə birgə Bakıda 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatında iştirak etmişdi.