Nigeriya millisinin sabiq baş məşqçisi Stiven Keşi dünyasını dəyişib.
Newsport.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssisin üərk tutmasında dünyasını dəyişdiyi bildirilir. Onun dostlarından biri Keşinin heç vaxt ürəyindən şikayətlənmədiyini bildirib.
Qeyd edək ki, Keşi Nigeriya yığması ilə Afrika kubokunu qazanan ilk məşqçi kimi tarixə düşüb.