Xəbər verdiyimiz kimi, Yaponiyada milli komandalar arasında ənənəvi “Kirin kuboku” turnirinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, yarışın qalibi adını Bosniya və Herseqovina millisini qazanıb.
Yarımfinalda Danimarkanı mübarizədən kənarlaşdıran bosniyalılar həlledici görüşdə Yaponiya ilə üz-üzə gəliblər. Qarşılaşmada hesabı yaponiyalılar açsalar da, Bosniya və Herseqovina yığması ruhdan düşməyərək, sonrakı dəqiqələrdə 2 qol vuraraq, turnirin qalibi adını qazanıb.
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç ötən matçda olduğu kimi, yenə Bosniya və Herseqovinanın start heyətində meydanında çıxıb. Oyunu əvəzlənmədən keçirən təcrübəli qolkiper 2016-cı ildə Azərbaycan çempionluğu və ölkə kubokundakı qalibiyyətdən sonra növbəti uğuruna imza atıb.