İspaniya Gürcüstana uduzdu

İspaniya millisi "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib.

Newsport.az-ın məlumatına görə,  Visente del Boskenin  komandası Gürcüstan millisi ilə qüvvəsini sınayıb. 

Oyunda gözlənilməz nəticə qeydə alınıb. Son Avropa çempionu Gürcüstana uduzub – 0:1. Qarşılaşmada yaganə qolu 40-cı dəqiqədə  Tornike Okriashvili vurub.

Qeyd edək ki, ispanlar “Avro-2016”da ilk oyununu iyunun 13-də Çexiyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right