"Milan”ın sabiq çalışdırıcısı Flippo İnzaginin yeni komandasının adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 42 yaşlı veteran futbolçu İspaniyada çalışacaq. Sabiq hücumçu İspaniya III liqasında mübarizə aparan "Venezia” klubu ilə münasibətlərini rəsmiləşdirib. Klubun rəsmi saytında yer alan məlumata görə, təcrübəli çalışdırıcı iyul ayının 1-dən etibarən işinin icrasına başalayacaq.
Qeyd edək ki, İnzagi 2013-ci ildən bu yana məşqçi kimi fəaliyyət göstərir.