PSJ-dən ayrıldıqdan sonra klubsuz qalan Zlatan İbrahimoviç yeni komandasının adını bu gün açıqlayacağını bildirmişdi.
Newsport.az-ın məlumatına görə, İsveç millisinin üzvü yenə də klubunun adını açıqlamayaağını bildirib. O, sözlərini belə izah edib: "Bu gün yeni komandamın adını açıqlayaağımı bildirmişdim. Amma başqa qərar qəbul etmişəm. Bu dəfə də yeni komandamın adını bilməyəcəksiniz. Hekayələr uydurmağa davam edin. Çünki, belə hekayələri oxumağı çox sevirəm”.
Qeyd edək ki, forvardın "Mançester Yunayted”lə müqavilə imzalayacağı gündəmdədir.