Eden Azar “Çelsi”dən ayrılır?

"Çelsi”nin və Belçika milli komandasının futbolçusu Eden Azar gələcək  karyerası haqqında danışıb.
 
Newsport.az-ın məlumatına görə, adı Fransanın PSJ klubu ilə hallanan futbolçu yayılan iddialara cavab verib. O, "Çelsi”dən ayrılmaq niyyətində olmadığını bildirib: "Çelsi” ilə 2020-ci ilin yayına qədər müqaviləm var. Ötən mövsüm mənim üçün çox pis alındı. "Çelsi” azarkeşlərinin məni belə xatırlamasını istəmirəm. "Lill”i komandanın lideri kimi tərk etdim. Bir gün ayrılsam, "Çelsi”dən də lider kimi ayrılmaq istəyirəm. Yeni baş məşqçimiz Antonio Konte ilə uğur qazanacağımıza inanıram. Növbəti mövsüm daha fərqli Azar görəcəksiniz”. 

Qeyd edək ki, Eden Azar Belçika milli komandasının kapitanı vəzifəsini yerinə yetirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right