Almaniya Bundesliqasında mübarizə aparan "Bavariya” klubunun idarəçisi Mixael Reşke Polşa milli komandasının forvardı Robert Levandovskinin komandadakı gələcək taleyi haqqında danışıb.
Newsport.az-ın məlumatına görə, klub rəsmisi Madridin "Real” klubunun maraq dairəsində olan futbolçunun növbəti mövsümdə də Münhen klubunun uğurları üçün çalışacağını bildirib: "Leva növbəti mövsümdə də "Bavariya”da oynayacaq. Bu məsələdə hər-hansı şübhəmiz yoxdur. Onun komanda ilə 3 illik müqaviləsi var və dünyanın ən yaxşı forvardının əlimizdən çıxmasına imkan verməyəcəyik. Levandovskini satmağımız mümkünsüzdür”.
Reşke Argentina milli komandasının və "Napoli”nin forvardı Gonsalo İquaynın da transfer edilməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib: "İquayn bu dəqiqə dünyanın 3-4 ən yaxşı forvardlarından biridir. Ancaq bizim əlimizdə Levandovski kimi hücumçu var. Belə bir transfer həyata keçirməyimiz, əlimizdə Levandovski kimi hücumçu olduğu üçün mənasız olar”.