"Fənərbağça" baş məşqçisi ilə bağlı qərarını verdi

"Fənərbağça" klubunun prezidenti Aziz Yıldırım Vitor Pereyranın baş məşqçi postunda qalıb-qalmayacağı haqda gəzən söz-söhbətlərə son qoyub.
 
Newsport.az-ın məlumatına görə, klub prezidenti Pereyranın "Fənərbağça"da qalacağını açıqlayıb:
 
"Pereyra ilə danışdıq, razılaşdı. Biz yolumuza onunla davam edəcəyik. İstədiyi futbolçuların siyahısını bizə təqdim etdi. Transferlərə 10 milyon avrodan çox pul xərcləməyə hazırıq".
 
Xatırladaq ki, Vitor Pereyra ötən mövsüm "Fənərbağça"ya baş məşqçi təyin edilmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right